14 dekabr 2025. Bazar günü

Millimiz Slovakiyaya məğlub oldu


Millimiz Slovakiyaya məğlub oldu

Futbol üzrə Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti oyununa çıxıb. Corner.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi komanda C Liqasının 3-cü qrupunda Slovakiya yığmasını qəbul edib.

“Dalğa Arena”da baş tutan qarşılaşmanı Litvadan olan hakimlər briqadası idarə edib.

Azərbaycan seçməsi ilk görüşündə səfərdə Qazaxıstana 0:2 hesabı ilə məğlub olmuş, daha sonra isə Serbiyada Belarusla heç-heçə etmişdi – 0:0. İlk turda Serbiyada Belarus üzərində 1:0 hesabı ilə qələbə qazanan slovaklar isə ikinci qarşılaşmasında Qazaxıstana eyni hesabla uduzmuşdu. Bu yenilgidən sonra baş məşqçi Ştefan Tarkoviç istefaya göndərilmişdi.

Azərbaycan millisi indiyədək Slovakiya ilə 6 dəfə üz-üzə gəlmişdi. Bu matçların 5-də məğlub olan yığma yalnız 2001-ci ildə Bakıda DÇ-2002-nin seçmə mərhələ oyununda qələbə qazana bilmişdi. Budəfəki qarşılaşmada da qələbəyə sevinən tərəf slovaklar olub.

Qrupun digər görüşündə Belarus yığması Serbiyada Qazaxıstanla qarşılaşacaq.

UEFA Millətlər Liqası
C Liqası, 3-cü qrup
10 iyun

Azərbaycan – Slovakiya 0:1
Qol: V.Vayss, 81.
Baş hakim: Donatas Rumsas (Litva).
Bakı. “Dalğa Arena”.







Millətlər liqası

"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
  • Millətlər liqası
  • 12:10 09.06.2025
"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
Mbappe Fransa millisində 50-ci qolunu vurub
  • Millətlər liqası
  • 18:11 08.06.2025
Mbappe Fransa millisində 50-ci qolunu vurub
 “Bu mövqe onun və komandanın xeyrinədir”
  • Millətlər liqası
  • 02:50 08.06.2025
“Bu mövqe onun və komandanın xeyrinədir”
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”
  • Millətlər liqası
  • 23:46 07.06.2025
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”