14 dekabr 2025. Bazar günü

Fransa yenə xal itirdi, Qazaxıstan qələbəni əldən verdi


Fransa yenə xal itirdi, Qazaxıstan qələbəni əldən verdi

Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turunun növbəti oyunları keçirilib. Corner.az xəbər verir ki, ikinci oyun günündə A, B, C və D Liqaları çərçivəsində 7 qarşılaşma baş tutub.

A Liqasının 1-ci qrupunda Avstriya evdə Fransanı, Danimarka isə Xorvatiyanı qəbul edib. Fransızlar bu görüşdə növbəti dəfə xal itkisi ilə üzləşiblərsə, xorvatlar ilk qələbəsini qazanıb.

B Liqasının 2-ci qrupunun yeganə matçında Albaniya və İsrail yığmaları qarşılaşıb. Səfərdə qələbə qazanan İsrail yığması liderliyə yüksəlib. Bu qrupda yer alan Rusiya yığması yarışdan kənarlaşdırıldığı üçün İslandiya istirahət edib.

C Liqasının 3-cü qrupunda sonuncu olan Azərbaycan yığması evdə Slovakiyanı qəbul edib və minimal hesabla məğlub olub. Qrupun digər matçında isə Belarus və Qazaxıstan yığmaları üz-üzə gəlib. Bu oyunda isə qalib müəyyənləşməyib.

D Liqasının 1-ci qrupunda isə Moldova Latviyanı, Andorra Lixtenşteyni sınağa çəkib. Andorra doğma meydanda, Latviya isə səfərdə qələbəyə sevinən tərəf olub 

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 3-cü tur
10 iyun

A Liqası, 1-ci qrup
Avstriya – Fransa 1:1

Qol: Veymann, 37 – Mbappe, 83.

Danimarka – Xorvatiya 0:1
Qol: Paşaliç, 69.

Xal durumu: Danimarka – 6, Avstriya – 4, Xorvatiya – 4, Fransa – 2

B Liqası, 2-ci qrup

Albaniya – İsrail 1:2
Qol: Broya, 45+2 – Solomon, 57; 73.

Xal durumu: İsrail – 4, İslandiya – 2, Albaniya – 1

C Liqası, 3-cü qrup

Azərbaycan – Slovakiya 0:1
Qol: Vayss, 81.

Belarus – Qazaxıstan 1:1
Qol: Malkeviç, 84 – Aymbetov, 13.

Xal durumu: Qazaxıstan – 7, Slovakiya – 6, Belarus – 2, Azərbaycan – 1

D Liqası, 1-ci qrup

Moldova – Latviya 2:4
Qol: Nikolaesku, 5-pen. Motpan, 64 – Qutkovski, 19; 60. İkaunieks, 26; 75.

Andorra – Lixtenşteyn 2:1
Qol: Alaez, 78-pen. Rubio, 82 – Meyer, 90+3.

Xal durumu: Latviya – 9, Moldova – 4, Andorra – 4, Lixtenşteyn – 0.







Millətlər liqası

"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
  • Millətlər liqası
  • 12:10 09.06.2025
"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
Mbappe Fransa millisində 50-ci qolunu vurub
  • Millətlər liqası
  • 18:11 08.06.2025
Mbappe Fransa millisində 50-ci qolunu vurub
 “Bu mövqe onun və komandanın xeyrinədir”
  • Millətlər liqası
  • 02:50 08.06.2025
“Bu mövqe onun və komandanın xeyrinədir”
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”
  • Millətlər liqası
  • 23:46 07.06.2025
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”