30 sentyabr 2026. Çərşənbə

Azərbaycan millisinə mümkün qədər tez qol vurmalıyıq


Azərbaycan millisinə mümkün qədər tez qol vurmalıyıq
Futbol üzrə Belarus yığmasının yarımmüdafiəçisi Dmitri Bessmertnı UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, 25 yaşlı oyunçu, Belarus Futbol Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
 
“Azərbaycanla son oyunda kəskinlik çatışmadı, bir-birimizlə qarşılıqlı anlaşma yox idi. Qazaxıstana qarşı çox yaxşı oynadıq. Azərbaycana qarşı da belə oynamalıyıq. Onlar oynamağa imkan verir. Onsuz da bütün komandalar buna imkan yaradır. Zonalardan istifadə edib mümkün qədər tez qol vurmağa çalışmalıyıq. Belə olarsa, rəqib hücuma keçəcək, açıq futbol oynayacaq. O zaman daha çox qol vura bilərik”.
 
Bu gün "Dalğa Arena"da keçiriləcək oyuna saat 20:00-da start veriləcək.






Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol