30 sentyabr 2026. Çərşənbə

Qazaxıstan yığması evdə də Slovakiyaya qalib gəldi


Qazaxıstan yığması evdə də Slovakiyaya qalib gəldi
Futbol üzrə UEFA Millətlər Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilir. Corner.az xəbər verir ki, bu gün Azərbaycan yığmasının yer aldığı C Liqasının 3-cü qrupunda da bir oyun baş tutub.
 
Qrup lideri Qazaxıstan doğma meydanda Slovakiya seçməsini qəbul edib. Üç qolun qeydə alındığı bu oyunda meydan sahibləri qələbəyə sevinən tərəf olub – 2:1. Qazaxıstan yığmasına qələbə qazandıran qolları 18-ci dəqiqədə Voroqovski və 39-cu dəqiqədə Astanov vurublar. Slovakiya yığmasının təsəlli qoluna isə 51-ci dəqiqədə Bero vurub.
 
Xatırladaq ki, qazaxlar Slovakiyanı səfərdə də 1:0 hesabıyla məğlub etmişdilər.
 
Bu nəticədən sonra xalını 10-a yüksəldən Qazaxıstan yığması əsas izləyicisindən bir qədər də uzaqlaşıb. İkinci pillədəki Slovakiyanın 6 xalı var.
 
Hazırda “Dalğa Arena”da 2 xala malik Belarus yığmasını qəbul edən Azərbaycan millisi isə 1 xalla sonuncu pillədə qərarlaşıb.






Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol