5 dekabr 2025. Cümə

Azərbaycan millisi şanslardan istifadə etdi


Azərbaycan millisi şanslardan istifadə etdi
Futbol üzrə Belarus yığmasının baş məşqçisi Georgi Kondratyev UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Hər iki komandanın şansı var idi. Sadəcə, qollar vura bilmirik. Keçmiş hücumçu kimi bu epizodlara baxanda heyrətə gəlirəm. Rəqib şanslardan istifadə etdi. Onları qələbə münasibəti ilə təbrik edirəm. 
 
Komandaların səviyyəsi oyun keyfiyyəti baxımından bərabərdir. Azərbaycan yığması sürətli və qısa ötürmələrlə çıxış edir. Rəqibi yaxşı analiz etmişdik. Hətta Mahir Emrelinin sol ayağının üstün olduğunu bilirdik. Sadəcə, həmin epizodda sonadək oynaya bilmədik”.
 
Baş məşqçi ev oyunlarını Serbiyada keçirmələrinə də münasibət bildirib: "Bu, bizə təsir. Evdən kənarda oynamaq çox çətindir".






Millətlər liqası

"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
  • Millətlər liqası
  • 12:10 09.06.2025
"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
Mbappe Fransa millisində 50-ci qolunu vurub
  • Millətlər liqası
  • 18:11 08.06.2025
Mbappe Fransa millisində 50-ci qolunu vurub
 “Bu mövqe onun və komandanın xeyrinədir”
  • Millətlər liqası
  • 02:50 08.06.2025
“Bu mövqe onun və komandanın xeyrinədir”
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”
  • Millətlər liqası
  • 23:46 07.06.2025
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”