22 oktyabr 2024. Çərşənbə axşamı

Xorvatiya səfərdə Fransaya qalib gəldi


Xorvatiya səfərdə Fransaya qalib gəldi

UEFA Millətlər Liqasında qrup mərhələsinin 4-cü turunun növbəti matçları keçirilib. Corner.az xəbər verir ki, ikinci oyun günündə A, B və C Liqaları çərçivəsində 5 görüş baş tutub.

A Liqasının 1-ci qrupunda lider Danimarka Avstriyanı, son pillədəki Fransa isə Xorvatiyanı qəbul edib. Danimarkadakı oyunda meydan sahibləri inamlı qələbə qazanıb. Əvvəlki oyunlarda qələbə üzünə həsrət qalan Fransa yığması isə bu oyunda da məğlubiyyətlə üzləşib.

Rusiyanın diskvalifikasiyası fonunda B Liqasının 2-ci qrupunda yeganə görüşündə İslandiya doğma meydanda lider İsraili qəbul edib. Dörd qolluq bu qarşılaşmada qalib müəyyənləşməyib.

C Liqasında 3-cü qrupun liderlik uğrunda matçında Qazaxıstan Slovakiyanı qəbul edib. Meydan sahibləri qələbə qazanaraq ən yaxın izləyicisindən 4 xal qabaqlayıb. Hesabında 1 xalı olan Azərbaycan millisi isə evdə son pillədən qurtulmaq üçün Belarusa qalib gəlməliydi. Nəticədə yığmamız buna inamlı qələbə qazanaraq nail olub.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 4-cü tur
13 iyun

A Liqası, 1-ci qrup

Danimarka – Avstriya 2:0
Qol: Vind, 21. Olsen, 37.

Fransa – Xorvatiya 0:1
Qol: Modriç, 5-pen.

Xal durumu: Danimarka – 9, Xorvatiya – 7, Avstriya – 4, Fransa – 2

B Liqası, 2-ci qrup

İslandiya – İsrail 2:2
Qol: Torsteynsson, 9. Helqason, 60 – Qretarsson, 35-öz qapısına. Perets, 67.

Xal durumu: İsrail – 5, İslandiya – 3, Albaniya – 1

C Liqası, 3-cü qrup

Qazaxıstan – Slovakiya 2:1
Qol: Voroqovski, 18. Astanov, 39 – Bero, 51.

Azərbaycan – Belarus 2:0
Qol: M.Emreli, 76. R.Şeydayev, 90+3.

Xal durumu: Qazaxıstan – 10, Slovakiya – 6, Azərbaycan – 4, Belarus – 2.







Millətlər liqası

"İnter" Zielinskini itirdi
  • Millətlər liqası
  • 23:18 17.10.2024
"İnter" Zielinskini itirdi
Bu ölkə Rusiya yığmasıyla oynamaq istəyir
  • Millətlər liqası
  • 17:58 17.10.2024
Bu ölkə Rusiya yığmasıyla oynamaq istəyir
"Onunla işləməyi səbirsizliklə gözləyirəm""
  • Millətlər liqası
  • 17:21 16.10.2024
"Onunla işləməyi səbirsizliklə gözləyirəm""