30 sentyabr 2026. Çərşənbə

İtaliya 65, İngiltərə 94 ildən sonra bu aqibətlə üzləşdi


İtaliya 65, İngiltərə 94 ildən sonra bu aqibətlə üzləşdi

UEFA Millətlər Liqasında IV turunda müvafiq olaraq, Almaniya ilə Macarıstana ev oyunlarında uduzan İtaliya və İngiltərə milli komandaları uzun müddətdən sonra darmadağınla üzləşiblər.

Corner.az-ın məlumatına görə, "Skuadra Adzurra" 1957-ci ildən sonra ilk dəfə ən azı 5 top buraxaraq uduzub. Bu komanda 65 il əvvəl Mərkəzi Avropa Kuboku matçında keçmiş Yuqoslaviyaya məğlub olub- 1:6. Ötən gün Almaniya ilə görüşdə 2:5 hesablı məğlubiyyətlə üzləşib.

İngiltərə isə 94 ildən sonra öz meydanında darmadağına üzülüb. Sonuncu dəfə 1928-ci ildə "Uembli" stadionunda Şotlandiya yığmasına 1:5 hesabı ilə yenilmiş "Dumanlı Albion" təmsilçisi yenidən 4 top fərqi ilə uduzub.







Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol