5 dekabr 2025. Cümə

Sabah'ın yeni transferi Ukrayna millisinə çağırıldı


Sabah'ın yeni transferi Ukrayna millisinə çağırıldı

"Sabah" klubunun yeni transferi Aleksey Kaşuk 21 yaşadək futbolçulardan ibarət Ukrayna millisinə çağırılıb.

Corner.az Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Ruslan Rotan Slovakiya ilə 2023-cü il Avropa çempionatının pley-off matçları üçün 22 yaşlı yarımmüdafiəçiyə də dəvət göndərib. Lakin gənc oyunçu B siyahısı üçün sifariş olunub.

Ukrayna və Slovakiya arasında qarşılaşmalar sentyabrın 23-ü və 27-də oynanılacaq. "Minay"ın formasını geyinən azərbaycanlı yarımmüdafiəçi Eldar Quliyev də yığmaya çağırılanlar arasındadır. Kaşukdan fərqli olaraq, Quliyev əsas siyahıdadır.

Qeyd edək ki, "Sabah" Aleksey Kaşuku Ukraynanın "Şaxtyor" (Donetsk) klubundan cari mövsümün sonunadək icarəyə götürüb. Futbolçu ötən mövsüm də Bakı klubunda çıxış edib.







Millətlər liqası

"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
  • Millətlər liqası
  • 12:10 09.06.2025
"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
Mbappe Fransa millisində 50-ci qolunu vurub
  • Millətlər liqası
  • 18:11 08.06.2025
Mbappe Fransa millisində 50-ci qolunu vurub
 “Bu mövqe onun və komandanın xeyrinədir”
  • Millətlər liqası
  • 02:50 08.06.2025
“Bu mövqe onun və komandanın xeyrinədir”
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”
  • Millətlər liqası
  • 23:46 07.06.2025
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”