12 may 2026. Çərşənbə axşamı

Eyndhoven'in futbolçusu Azərbaycan millisinə dəvət aldı


Eyndhoven'in futbolçusu Azərbaycan millisinə dəvət aldı

Niderlandın "Eyndhoven" klubunda çıxış edən Ozan Can Kökçü Azərbaycanın əsas milli komandasına dəvət alıb.

Corner.az "Ed.nl" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Slovakiya və Qazaxıstan yığmalarına qarşı UEFA Millətlər Liqasının oyunları üçün heyətə cəlb olunub.

Daha əvvəl Azərbaycanın U-21 millisində çıxış edən türkiyəli oyunçu ilk dəfə əsas yığmaya çağırılıb. O, yalnız 2020-ci ilin avqustunda Kipr və Lüksemburqla UEFA Millətlər Liqasının matçları üçün açıqlanan ehtiyat heyətdə olub. Lakin Kökçü toplanışa qoşulmayıb.

Qeyd edək ki, sentyabrın 22-də Slovakiyanın qonağı olacaq Azərbaycan yığması, 3 gün sonra Qazaxıstanı qəbul edəcək.







Millətlər liqası

"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
  • Millətlər liqası
  • 12:10 09.06.2025
"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
Mbappe Fransa millisində 50-ci qolunu vurub
  • Millətlər liqası
  • 18:11 08.06.2025
Mbappe Fransa millisində 50-ci qolunu vurub
 “Bu mövqe onun və komandanın xeyrinədir”
  • Millətlər liqası
  • 02:50 08.06.2025
“Bu mövqe onun və komandanın xeyrinədir”