22 oktyabr 2024. Çərşənbə axşamı

Millimizin rəqibi üçün diskvalifikasiya çağırışı


Millimizin rəqibi üçün diskvalifikasiya çağırışı
Almaniyanın daxili işlər naziri Nensi Fayzer UEFA-ya məktub yazıb. Corner.az xəbər verir ki, o, qitə futbol qurumunu Belarus yığmasını AVRO-2024-ün seçmə mərhələsindən kənarlaşdırmağa dəvət edib.
 
Nensi Fayzer UEFA prezidenti Aleksander Çeferinə yazdığı məktubda Belarusun Avropa çempionatına vəsiqə qazanmaq cəhdinin qarşısının alınmasını tələb edib. O, buna səbəb kimi, Ukrayna ilə müharibədə Rusiyanın əsas dəstəkçisinin məhz Belarus olmasını göstərib. Daxili işlər nazirinin digər tələbi isə Rusiya və Belarusun UEFA-da rəhbər vəzifədə çalışan nümayəndələrinin də işlərindən çıxarılmalarıdı.
 
Qeyd edək ki, FIFA və UEFA Rusiya yığmasını, eləcə də klublarını qitəmiqyaslı yarışlardan kənarlaşdırıb, Belarus komandalarına isə neytral meydanda və boş tribunalar önündə oynamaq icazəsi verib.
 
Belarus yığması UEFA Millətlər Liqasının C liqasında Azərbaycanla eyni qrupda yer alır. Millimiz Belarusla Serbiyadakı Novi Sadda qarşılaşıb və görüşdə qalib müəyyənləşməyib. İyunun 13-də Bakıda baş tutan matçda isə Azərbaycan millisi 2:0 hesablı qələbəyə sevinib.






Millətlər liqası

"İnter" Zielinskini itirdi
  • Millətlər liqası
  • 23:18 17.10.2024
"İnter" Zielinskini itirdi
Bu ölkə Rusiya yığmasıyla oynamaq istəyir
  • Millətlər liqası
  • 17:58 17.10.2024
Bu ölkə Rusiya yığmasıyla oynamaq istəyir
"Onunla işləməyi səbirsizliklə gözləyirəm""
  • Millətlər liqası
  • 17:21 16.10.2024
"Onunla işləməyi səbirsizliklə gözləyirəm""