14 may 2026. Cümə axşamı

Bəzən oyun istədiyimiz kimi getmirdi


Bəzən oyun istədiyimiz kimi getmirdi

"Matça yaxşı başlamadıq. Bəzən oyun istədiyimiz kimi getmirdi. Amma sonradan toparlanıb, ilk hissənin sonlarında qol vurduq".

Corner.az-ın məlumatına görə, bunları Azərbaycan yığmasının futbolçusu Bəhlul Mustafazadə UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda səfərdə Slovakiyaya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra Heydər Əliyev Beynəlxalq Aeroportunda "CBC Sport"a açıqlamasında deyib.

"Qarabağ"da çıxış edən 25 yaşlı müdafiəçi rəqibin kifayət qədər yaxşı komanda olduğunu bildirib: "Son dəqiqələrdə penaltidən top buraxsaq da, final fitinədək vəziyyəti yenidən öz xeyrimizə dəyişə bildik. Yaxşı mübarizə apardığımız və 3 xal qazandığımız üçün xoşbəxtik".

Qeyd edək ki, Slovakiya ilə matça start heyətində çıxan Bəhlul Mustafazadə sonadək meydanda olub.







Millətlər liqası

"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
  • Millətlər liqası
  • 12:10 09.06.2025
"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
Mbappe Fransa millisində 50-ci qolunu vurub
  • Millətlər liqası
  • 18:11 08.06.2025
Mbappe Fransa millisində 50-ci qolunu vurub
 “Bu mövqe onun və komandanın xeyrinədir”
  • Millətlər liqası
  • 02:50 08.06.2025
“Bu mövqe onun və komandanın xeyrinədir”