29 iyul 2026. Çərşənbə

Bakıda oynamaq elə də çətin deyil – Paypers


Bakıda oynamaq elə də çətin deyil – Paypers

Qazaxıstan yığmasının keçmiş baş məşqçisi Arno Paypers Bakıda Azərbaycana qarşı keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı tur oyunu ilə bağlı fikirlərini bildirib.

Corner.az xəbər vərir ki, niderlandlı mütəxəssis qələbə qazanmaq üçün yaxşı şans olduğunu deyib:

“Görək, qrupun son matçında nə baş verəcək. Rəqib normal komandadır. Bununla belə, Bakıda oynamaq elə də çətin deyil.

Qazaxıstan qrupda heyrətamiz nəticə göstərib. Deməli, səfərdə 1:1 hesablı heç-heçə normal olmalıdır”.

Paypers 2005-2008-ci illərdə Qazaxıstan millisinə rəhbərlik edib.

Sentyabrın 25-də “Dalğa Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.







Millətlər liqası

"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
  • Millətlər liqası
  • 12:10 09.06.2025
"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
Mbappe Fransa millisində 50-ci qolunu vurub
  • Millətlər liqası
  • 18:11 08.06.2025
Mbappe Fransa millisində 50-ci qolunu vurub
 “Bu mövqe onun və komandanın xeyrinədir”
  • Millətlər liqası
  • 02:50 08.06.2025
“Bu mövqe onun və komandanın xeyrinədir”