24 noyabr 2024. Bazar günü

Azərbaycan millisi ilə oyuna ciddi hazırlaşmışıq


Azərbaycan millisi ilə oyuna ciddi hazırlaşmışıq

"Yenidən Bakıya gəldiyimiz üçün xoşbəxtik. Qrup qalibi olsaq da, oyuna ciddi hazırlaşmışıq".

Corner.az-ın məlumatına görə, bunu Qazaxıstan yığmasının baş məşqçisi Məhəmməd Adıyev Bakıda Azərbaycana qarşı keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu - VI tur oyunundan əvvəl mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis rəqibin potensialına yaxşı bələd olduqlarını bildirib: "Oyunun gedişatını öz xeyrimizə dəyişməyə çalışacağıq".

Rusiyalı çalışdırıcı bu görüşdə gənc futbolçulara da şans verəcəyini istisna etməyib: "İqor Şatski 100 faiz meydanda olacaq. Bugünkü məşqdən sonra kimlərin start heyətində olacağını dəqiqləşdirəcəyik".

O, bütün yığmalarda yüksəlişlə yanaşı, enişin də olduğunu bildirib: "Bu, bizə də aiddir. Sadəcə, biz aşağıdan yuxarıya doğru qalxdıq. Bizi ölkəmiz, azarkeşlərimiz dəstəkləyir. Futbolumuz bu yerdə olduğu üçün sevinirik".

Mütəxəssis 6 ildir Qazaxıstana qalib gələ bilməyən Azərbaycan millisinin qisas arzusunda olmasının təqdirəlayiq olduğunu vurğulayıb: "Hər komanda belə düşünməlidir. Biz də meydana çıxanda bunu etmək istəyirik. Hər şey sabah meydanda bəlli olacaq". 

Adıyev Azərbaycan yığmasının Slovakiyaya qalib gəldiyi matçı izlədiyini bildirib: "Həmin görüşü Azərbaycanın aktivinə yazmaq olar. Komandanız çox yaxşı təsir bağışladı. Əvvəlki qarşılaşmalarla müqayisədə oyun sxemində fərqlilik var. Azərbaycan yığması son görüşdə komanda şəklində oynadı. Məhz bunun sayəsində qələbə qazandı. Bizimlə ilk matçda isə müəyyən çatışmazlıqlar var idi".

O, Astanadakı matçdan sonra Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi haqqında səsləndirdiyi fikirlərə də aydınlıq gətirib: "Onun çox danışmaq əvəzinə işləməli olduğunu deməmişəm. Bu, hörmətsizlik olardı. Əksinə, De Byazi görüşdən öncə və sonra mən və futbolçularıma hörmətsizlik edib. Mən də bunun qarşılığında bu cür ifadə işlətmişəm".







Millətlər liqası

"Hələ fəth edəcəyim çox şey var!"  - Ronaldo
  • Millətlər liqası
  • 22:29 12.11.2024
"Hələ fəth edəcəyim çox şey var!" - Ronaldo
Odeqard Norveç millisindən ayrılıb
  • Millətlər liqası
  • 15:34 12.11.2024
Odeqard Norveç millisindən ayrılıb
Milli komandaya qayıtmağı düşünmür
  • Millətlər liqası
  • 22:58 07.11.2024
Milli komandaya qayıtmağı düşünmür
Mbappe Fransa millisinə çağırılmayıb
  • Millətlər liqası
  • 18:13 07.11.2024
Mbappe Fransa millisinə çağırılmayıb
Milliyə çağırılmayacaq
  • Millətlər liqası
  • 01:26 07.11.2024
Milliyə çağırılmayacaq