30 sentyabr 2026. Çərşənbə

De Byazi Qazaxıstanla oyun üçün onlara ehtiyac duymadı


De Byazi Qazaxıstanla oyun üçün onlara ehtiyac duymadı
Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində baş tutacaq Qazaxıstanla oyun üçün 23 nəfərlik yekun heyəti açıqlanıb. Corner.az xəbər verir ki, baş məşqçi Canni De Byazi Slovakiya və Qazaxıstanla oyunlar üçün heyətə dəvət etdiyi oyunçulardan üçünün adı bugünkü matçın iştirak ərizəsinə daxil edilməyib.
 
Bunlardan biri Slovakiyadakı oyunda (2:1) sarı vərəqə almaqla cəzalı vəziyyətə düşən Riçard Almeydadır. “Qarabağ”ın futbolçusu son matçı buraxmaq məcburiyyətində qalıb.
 
Heyətdən kənarda qalan digər iki oyunçu isə “Sabah”dan Amin Seydiyev və “Zirə”dən Qismət Alıyevdir. Alıyev Sovakiyadakı görüşdə də "23-lük"dən kənarda qalmışdı. Əvəzində cəzası bitən Mahir Emreli (“Dinamo”, Zaqreb, Xorvatiya), eləcə də ötən tur heyətdən kənarda qalmış Rüstəm Əhmədzadə (“Zirə”) Qazaxıstanla matçın iştirak ərizəsində yer alacaq.
 
Bu gün "Dalğa Arena"da keçiriləcək Azərbaycan – Qazaxıstan matçına saat 20:00-da start veriləcək.






Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol