30 sentyabr 2026. Çərşənbə

İstefa vermək niyyətində deyil


İstefa vermək niyyətində deyil
İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt komandanın UEFA Millətlər Liqasında A Liqasından aşağı düşməsindən sonra Qətərdə keçiriləcək dünya çempionatı öncəsi postunu tərk etmək niyyətində olmadığını bildirib.

Corner az “Mirror”-a istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis İngiltərə millisinin DÇ-2022-də "sükan"ı arxasında məhz özünün olacağını deyib:

“Hesab edirəm ki, milli komandanı dünya çempionatına aparmalı olan şəxs varsa o da mənəm. Sadəcə indi biz sabitliyi qorumağımız lazımdır. İtaliya ilə oyun çox da pis alınmadı. Matçın sonunda olan reaksiyanı başa düşürəm, çünki bu yarışda əldə etdiyimiz nəticələr budur. Bu başa düşülən emosional reaksiyadır. Məşqçiliyin əsas məqsədi budur. Nə vaxt komanda nəticə ilə bağlı çətinlik çəkirsə, buna məsuliyyəti məşqçi daşıyır. Bu bizim işimizdir”.

Dünya çempionatı 2022-ci il noyabrın 20-dən dekabrın 18-dək Qətərdə baş tutacaq.






Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol