30 sentyabr 2026. Çərşənbə

Bu gün çox zəif oynadıq - Adıyev


Bu gün çox zəif oynadıq  - Adıyev

"Ritm qırılıbsa, bundan sonra güc tapmaq çox çətindir. Oyunu dəyişməyə cəhd etdim. Amma matç əldən getdi. Bu gün Belarusla qarşılaşmaya nisbətən çox zəif oynadıq".

Corner.az-ın məlumatına görə, bunu Qazaxıstan yığmasının baş məşqçisi Məhəmməd Adıyev Bakıda Azərbaycan seçməsinə 0:3 hesabı ilə məğlub olduqları UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis rəqib baş məşqçi və oyunçularla şəxsi qərəzliyinin olmadığını vurğulayıb.

Adıyev matçdan sonra Canni De Byazi ilə görüşdüyünü və onu təbrik etdiyini də bildirib.

Mütəxəssis bugünkü məğlubiyyətin çox ağır olduğu sözlərini də əlavə edib: "Ancaq bu da təcrübədir. Oyunlarımızı analiz edəcəyik, harada boşluqlar yaratdığımızı görəcəyik. Qrupdakı ümumi çıxışdan razıyam. Birinci yeri tutduq. Bizim yolumuz hələ irəlidədir".







Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol