- Millətlər liqası
- 22:17 23.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
UEFA Millətlər Liqasının qrup mərhələsində bu gün sonuncu - 6-cı turun növbəti oyunları keçirilib. Corner.az xəbər verir ki, A, B, C və D Liqalarında ümumilikdə 7 qarşılaşma baş tutub.
A Liqasında Macarıstan doğma meydanda İtaliyanı, İngiltərə isə Almaniyanı qəbul edib. Son Avropa çempionu final mərhələsinə yüksəlmək üçün səfərdə mütləq qələbə qazanmalı idi. Meydan sahiblərinə isə heç-heçə də kifayət edirdi. Amma İtaliya yığması inamlı qələbə qazanaraq qrup qalibi olub. Almaniyanı qəbul edən İngiltərənin aşağı liqaya düşəcəyi dəqiqləşmişdi. Buna baxmayaraq, sözügedən komandaların görüşü kifayət qədər məhsuldar alınıb. 6 qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.
Digər qruplarda isə liderlər əvvəlki turlarda bəlli olmuşdu. B Liqasında 3-cü qrupun qalibi olmuş Bosniya və Herseqovina son turda səfərdə Rumıniyanın qonağı olub və böyük hesabla uduzub. Monteneqro isə evdə Finlandiyaya 2 cavabsız qolla qalib gəlib.
C Liqasında 4-cü qrupun lideri olan Gürcüstan yığması son turda səfərdə Cəbəllütariqin qonağı olub və çətin qələbə qazanıb. Şimali Makedoniya yığması isə evdə Bolqarıstana minimal hesabla məğlub olub.
D Liqasının 2-ci qrupunun son matçında lider Estoniya səfərdə San Marinonun qonağı olub və 4 cavabsız qolla qalib gəlib.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 6-cı tur
26 sentyabr
A Liqası, 3-cü qrup
İngiltərə – Almaniya 3:3
Qol: Şou, 72. Maunt, 75. H.Keyn, 84 – İ.Gündoğan, 52. Haverts, 67; 87.
Macarıstan – İtaliya 0:2
Qol: Raspadori, 27. Dimarko, 52.
Xal: İtaliya – 11. Macarıstan – 10. Almaniya – 7. İngiltərə – 3.
B Liqası, 3-cü qrup
Monteneqro – Finlandiya 0:2
Qol: Antman, 47. Kallman, 53.
Rumıniya - Bosniya və Herseqovina 4:1
Qol: Man, 38. Puşkaş, 73; 86. Ratiu, 79 – Dzeko, 77.
Xal: Bosniya və Herseqovina – 11. Finlandiya – 8. Monteneqro – 7. Rumıniya - 7.
C Liqası, 4-cü qrup
Cəbəllütariq – Gürcüstan 1:2
Qol: Annesli, 75 – Kvaratsxeliya, 19-pen. Tsitaişvili, 48.
Şimali Makedoniya – Bolqarıstan 0:1
Qol: Despodov, 50.
Xal: Gürcüstan – 16. Bolqarıstan – 9. Şimali Makedoniya – 7. Cəbəllütariq - 1.
D Liqası, 2-ci qrup
San Marino – Estoniya 0:4
Qol: Anier, 38; 79. Teniste, 56. Sappinen, 66.
Xal: Estoniya – 12. Malta – 6. San Marino – 0.