- Millətlər liqası
- 15:57 22.11.2024
İngiltərə millisinin müdafiəçisi Harri Maquayr UEFA Millətlər Liqasının 6-cı turunun Almaniya ilə oyunundakı (3:3) səhvlərinə görə yığma komandanın azarkeşlərindən üzr istəyib.
Corner.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted”də çıxış edən 29 yaşlı oyunçu komandasının buraxdığı ilk iki qolda səhvi ilə yadda qalıb. Ardından britaniyalılar ardıcıl üç qol vursalar da, oyun heç-heçə ilə başa çatıb. Maquayr sosial şəbəkə hesabında buaxdığı səhvlər üçün bu sözləri yazıb:
“Səhvlər oyunun bir hissəsidir, üzr istəyirəm. Bizə yenidən oyuna qayıtmağa böyük güc və ruh imkan verdi. Müsbət cəhətləri götürək və Qətərdə keçiriləcək dünya çempionatını gözləyək. Çətin dövrlər bizi daha güclü edəcək”.