22 oktyabr 2024. Çərşənbə axşamı

Millətlər Liqası: Qrup mərhələsinə yekun vuruldu


Millətlər Liqası: Qrup mərhələsinə yekun vuruldu

UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub. Corner.az xəbər verir ki, A, B və C Liqalarında keçirilən 9 oyunla final və pley-off mərhələsinin bütün iştirakçıları bəlli olub.

A Liqasının 2-ci qrupunda Portuqaliya və İspaniya 1-ci yer, İsveçrə ilə Çexiya isə aşağı diviziona düşməmək uğrunda mübarizə aparıb. Bu duellərdə Portuqaliya və İsveçrəyə heç-heçə də kifayət edirdi. İspaniya və Çexiya isə mütləq qələbə qazanmalıydı. Maraqlıdır ki, belə də olub və yekunda məhz İspaniya və Çexiya qalib gələrək istəyinə nail olub.

B Liqasının 1-ci qrupunda Ukrayna millisi Polşada Şotlandiyanı qəbul edib. Nominal meydan sahibləri A Liqasına və pley-offa adlamaq üçün rəqibinə qalib gəlməliydi. Lakin bu görüşdə qalib müəyyənləşməyib. Qrupun digər matçında İrlandiya yığması Ermənistan üzərində qələbəyə sevinib. Nəticədə qrup sonuncusu olan ermənilər C Liqasına düşüblər.

İsrailin liderliyi təmin etdiyi 2-ci qrupda bir görüş keçirilib. İslandiya səfərdə Albaniyanın qonağı olub və  minimal hesabla məğlub olub.

4-cü qrupda Norveç yığması evdə Serbiya ilə qarşılaşıb. Hər iki kollektiv 10 xala malik olsa da, Skandinaviya təmsilçisi şəxsi oyunlarda üstünlüyü malik olduğu üçün ilk pillədə qərarlaşmışdı. Bu səbəbdən serbiyalılar mütləq qələbə qazanmalı idi. Yekunda sevinən tərəf də məhz Serbiya yığması olub. Qrupun digər matçında Sloveniya səfərdə İsveçin qonağı olub. B Liqasında qalmaq üçün qonaqları heç-heçə də qane edirdi. Maraqlıdır ki, məhz oyun heç-heçə ilə başa çatıb və İsveç yığması da B Liqası ilə vidalaşıb.

Nəhayət, C Liqasının 2-ci qrupunda B Divizionuna və pley-offa vəsiqəni ötən tur təmin edən Yunanıstan doğma meydanda Şimali İrlandiyanı, Kosovo isə Kipri sınağa çəkib. Burada əsas mübarizə 3 komanda arasında C Liqasında qalmaq uğrunda gedirdi. Hər iki oyunda meydan sahibləri qələbəyə sevinən tərəf olub. Yekunda Şimali İrlandiya yığması D Liqasına düşüb.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 6-cı tur
27 sentyabr

A Liqası, 2-ci qrup

Portuqaliya – İspaniya 0:1
Qol: Morata, 88.

İsveçrə – Çexiya 2:1
Qol: Freuler, 29. Embolo, 30 – Şik, 45.

Xal: İspaniya – 11. Portuqaliya – 10. İsveçrə – 9. Çexiya – 4.

B Liqası, 1-ci qrup

Ukrayna – Şotlandiya 0:0

İrlandiya – Ermənistan 3:2
Qol: Eqan, 18. Obafemi, 52. Breydi, 90+1-pen – Daşyan, 71. Spertsyan, 73.

Xal: Şotlandiya – 13. Ukrayna – 11. İrlandiya – 7. Ermənistan – 3.

B Liqası, 2-ci qrup

Albaniya – İslandiya 1:0
Qol: Lenyani, 35.

Xal: İsrail – 8. Albaniya – 4. İslandiya – 3. Rusiya – 0.

B Liqası, 4-cü qrup

İsveç – Sloveniya 1:1
Qol: Forsberq, 42 – Sesko, 28.

Norveç – Serbiya 0:2
Qol: Vlahoviç, 42. Mitroviç, 54.

Xal: Serbiya – 13. Norveç – 10. Sloveniya – 6. İsveç – 4.

C Liqası, 2-ci qrup

Yunanıstan - Şimali İrlandiya 3:1
Qol: Pelkas, 14. Masuras, 55. Mantalos, 80 – Laveri, 18.

Kosovo – Kipr 5:1
Qol: Musliya, 22. Rudani, 45+1. Raşani, 47. Muriqi, 52; 84 – Roberqe, 81.

Xal: Yunanıstan – 15. Kosovo – 9. Kipr – 5. Şimali İrlandiya – 5







Millətlər liqası

"İnter" Zielinskini itirdi
  • Millətlər liqası
  • 23:18 17.10.2024
"İnter" Zielinskini itirdi
Bu ölkə Rusiya yığmasıyla oynamaq istəyir
  • Millətlər liqası
  • 17:58 17.10.2024
Bu ölkə Rusiya yığmasıyla oynamaq istəyir
"Onunla işləməyi səbirsizliklə gözləyirəm""
  • Millətlər liqası
  • 17:21 16.10.2024
"Onunla işləməyi səbirsizliklə gözləyirəm""