20 mart 2026. Cümə

Borussiya'nın qapıçısından tarixi uğur


Borussiya'nın qapıçısından tarixi uğur
Futbol üzrə İsveçrə milli komandasının qapıçısı Yann Zommer tarixi uğura imza atıb. Corner.az xəbər verir ki, 33 yaşlı futbolçu buna Çexiyanı 2:1 hesabı ilə məğlub etdikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı tur matçında nail olub.
 
61-ci dəqiqədə penaltini dəf edən Sommer, ardıcıl 5-ci dəfə bunu bacarıb. Hesablamada penaltilər seriyasına daxil edilən 11 metrlik zərbələr nəzərə alınmayıb.
 
Yann Zommer 2020-ci ilin noyabrından indiyədək 5 penaltinin qolla nəticələnməsinə icazə verməyib.
 
Zommer 2014-cü ildən Almaniyanın “Borussiya” (Mönhenqladbax) klubunun uğurları üçün çalışır. O, İsveçrə yığmasında 76 oyun keçirib.






Millətlər liqası

"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
  • Millətlər liqası
  • 12:10 09.06.2025
"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
Mbappe Fransa millisində 50-ci qolunu vurub
  • Millətlər liqası
  • 18:11 08.06.2025
Mbappe Fransa millisində 50-ci qolunu vurub
 “Bu mövqe onun və komandanın xeyrinədir”
  • Millətlər liqası
  • 02:50 08.06.2025
“Bu mövqe onun və komandanın xeyrinədir”