11 aprel 2026. Şənbə

Azərbaycanın UEFA Millətlər Liqasındakı qazancı bəlli oldu


Azərbaycanın UEFA Millətlər Liqasındakı qazancı bəlli oldu
2022/23 mövsümü Millətlər Liqasının iştirakçılarının gəlirləri bəlli olub. Corner.az ESPN-ə istinadən xəbər verir ki, UEFA yarışın əvvəlində liqanın iştirakçısı olan bütün milli komandalara zəmanətli həmrəylik maliyyəsi ayırıb.
 
Ən yüksək gəlir A Liqasının iştirakçıları üçün nəzərdə tutulub. Bu liqadakı komandalar 2,25 milyon avro qazanc əldə edir.
 
B Liqasının iştirakçıları 1,5 milyon, C Liqasının iştirakçılarına 1,125 milyon avro, D liqasının iştirakçılarına isə 750 min avro vəsait ayrılıb.
 
Azərbaycan milli komandası C Liqasında yarışdığından 1,125 milyon avronu təmin edib. 
 
Liqaların qaliblərinə gəlincə, onlar ikiqat gəlir əldə edəcəklər. A Liqasının finalçıları üçün əlavə mükafat fondu təsis olunub. 
 
EPSN müqayisə üçün bildirir ki, hələ 2019-cu ildə A liqasında final mərhələsinin iştirakçılarından olan Portuqaliya (yarışın qalibi) ümumən 10,5 milyon, Niderland 9 milyon, İngiltərə 8 milyon, İsveçrə isə 7 milyon avro gəlir əldə edib.






Millətlər liqası

"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
  • Millətlər liqası
  • 12:10 09.06.2025
"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
Mbappe Fransa millisində 50-ci qolunu vurub
  • Millətlər liqası
  • 18:11 08.06.2025
Mbappe Fransa millisində 50-ci qolunu vurub
 “Bu mövqe onun və komandanın xeyrinədir”
  • Millətlər liqası
  • 02:50 08.06.2025
“Bu mövqe onun və komandanın xeyrinədir”