8 aprel 2026. Çərşənbə

Millətlər Liqası: Azərbaycan millisi C liqasında


Millətlər Liqası: Azərbaycan millisi C liqasında
UEFA-nın İcraiyyə Komitəsi futbol üzrə qadın milli komandaları üçün Avropa və dünya çempionatlarının təsnifatını dəyişdirəcək yeni yarış sistemini qəbul edib. Corner.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
 
Yeni formatdan ilk dəfə 2025-ci ildə keçiriləcək qadınlar arasında Avropa çempionatı ərəfəsində istifadə olunacaq. 2023-cü ilin payızından başlayaraq, yeni yarış sistemi UEFA Millətlər Liqasını Avropa seçmə mərhələləri ilə birləşdirəcək. Divizionlar arasında keçid (yüksək və aşağı liqa ilə) və Millətlər Liqasının final turniri təşkil olunacaq. Qadın Millətlər Liqası dörd (və ya üç) komandadan ibarət qruplarla üç səviyyəli olacaq.
 
A və B liqalarında 16, C liqasında 19 komanda yer alıb. Azərbaycan yığması C liqasında çıxış edəcək.
 
Dörd ildən bir, Millətlər Liqasının nəticələrinə əsasən, Olimpiya Oyunlarına vəsiqə qazanan üç Avropa komandası müəyyənləşəcək.
 
Avropa təsnifat mərhələsinin sonunda hansı komandaların birbaşa Avropa və dünya çempionatına yollanacağını, eləcə də, Avropa seçmə mərhələsinin əsas turnirlərində kimlərin iştirak edəcəyini müəyyənləşdirən yekun reytinq tərtib olunacaq.







Millətlər liqası

"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
  • Millətlər liqası
  • 12:10 09.06.2025
"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
Mbappe Fransa millisində 50-ci qolunu vurub
  • Millətlər liqası
  • 18:11 08.06.2025
Mbappe Fransa millisində 50-ci qolunu vurub
 “Bu mövqe onun və komandanın xeyrinədir”
  • Millətlər liqası
  • 02:50 08.06.2025
“Bu mövqe onun və komandanın xeyrinədir”