30 sentyabr 2026. Çərşənbə

Azərbaycanla oyunda qələbə seriyasını davam etdirmək istəyirik


Azərbaycanla oyunda qələbə seriyasını davam etdirmək istəyirik

"UEFA Millətlər Liqasındakı qələbə seriyasını qarşıdakı matçlarda davam etdirmək istəyirik".

Corner.az-ın məlumatına görə, bunu Moldova millisinin qapıçısı Dmitri Çelyadnik Azərbaycan və Rumıniya komandalarına qarşı keçirəcəkləri yoldaşlıq oyunları ilə bağlı "Moldfootball" nəşrinə müsahibəsində deyib.

30 yaşlı qolkiper azarkeşləri qələbələrlə sevindirmək niyyətində olduqlarını bildirib: "Bütün ölkənin sevinməsi üçün qələbələr bizə lazımdır. Fanatların yığmanın yanında olmasını istəyirəm. Onları gözəl oyunla sevindirməyə çalışacağıq. Biz kiçik ölkəyik, lakin böyük ürəyə malikik".

Çelyadnik milliyə böyük məmnuniyyətlə gəldiyini sözlərinə əlavə edib: "Emosiyalar həmişə olduğu kimi yalnız müsbətdir. Biz tərəfdarlarımızın önündə yaxşı oyun sərgiləməyi planlaşdırırıq. Bu iki görüşdə mübarizə aparmağa çalışacağıq".

Qeyd edək ki, Moldova noyabrın 16-da Azərbaycanla, 4 gün sonra isə Rumıniya seçməsi ilə üz-üzə gələcək.







Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol