30 sentyabr 2026. Çərşənbə

Azərbaycanla oyunu maksimum peşəkarlıqla keçirməliyik


Azərbaycanla oyunu maksimum peşəkarlıqla keçirməliyik

"Hər kəs millidə oynamaq arzusunda olmalıdır, çünki bu, müqəddəsdir. Qarşıdakı hər iki matçı maksimum peşəkarlıqla keçirməliyik. İnanıram ki, bunu edəcəyik".

Corner.az-ın məlumatına görə, bunu Şimali Makedoniya millisinin futbolçusu Setafan Ristovski Finlandiya və Azərbaycana qarşı keçirəcəkləri yoldaşlıq oyunlarından öncə mətbuat konfransında deyib.

Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda çıxış edən 30 yaşlı müdafiəçi yığmanın formasını geyinən hər bir oyunçunun prioriteti qələbə qazanmaq olduğunu bildirib: "Keçmiş nəticələrdən asılı olmayaraq, hər bir matç bizim üçün faydalıdır və belə görüşlər vasitəsilə özünə inam yaratmaq olar. Güvəni itirmək çox asandır, amma onu qazanmaq çətindir. Ona görə də bu matçlara ehtiyac var".

Qeyd edək ki, bu gün Finlandiyanı qəbul edəcək Şimali Makedoniya yığması noyabrın 20-də Azərbaycanla üz-üzə gələcək.







Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol