30 sentyabr 2026. Çərşənbə

Azərbaycan millisi ilə matçda qələbəyə ümid edirəm


Azərbaycan millisi ilə matçda qələbəyə ümid edirəm

"Bu matçda qələbə qazanacağımıza ümid edirəm".

Corner.az-ın məlumatına görə, bunu Şimali Makedoniya yığmasının baş məşqçisi Blaqoya Milevski Azərbaycan komandasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis hər görüşdə qələbə üçün oynadıqlarını bildirib: "Sabah da belə olacaq. Rəqib bizi yaxşı analiz edib. Fərqli futbol sərgiləyirlər. Son nəticələr Azərbaycan millisinin keyfiyyətli komanda olduğunu deməyə əsas verir. Onlar həm də aqressiv oynayırlar".

Baş məşqçi Ezcan Alioski və Boyan Miovskinin bu qarşılaşmada meydana çıxmayacağını da vurğulayıb.

Qeyd edək ki, noyabrın 20-də oynanılacaq matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.







Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol