5 dekabr 2025. Cümə

Belçika yığmasını Azərbaycanla oyuna Anri çıxara bilər


Belçika yığmasını Azərbaycanla oyuna Anri çıxara bilər

Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Belçika yığmasının yeni baş məşqçisi əfsanəvi futbolçu Tyerri Anri ola bilər.

Corner.az-ın məlumatına görə, Belçika Futbol Assosiasiyası Qətərdə keçirilən dünya çempionatından sonra istefa verən Roberto Martinesin yerinə Anrini əsas namizəd hesab edir.

Qurumun digər namizədi millinin sabiq kapitanı Vensan Kompanidir. Ancaq assosiasiya rəhbərliyi ilk növbədə Anrini baş məşqçi postuna gətirməkdə maraqlıdır. Tərəflər arasında hətta ilkin danışıq da olub.

Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda Belçika ilə Azərbaycan milliləri arasında ilk oyunu 2023-cü il sentyabrın 9-da Bakıda, cavab görüşü noyabrın 19-da Brüsseldə keçiriləcək.







Millətlər liqası

"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
  • Millətlər liqası
  • 12:10 09.06.2025
"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
Mbappe Fransa millisində 50-ci qolunu vurub
  • Millətlər liqası
  • 18:11 08.06.2025
Mbappe Fransa millisində 50-ci qolunu vurub
 “Bu mövqe onun və komandanın xeyrinədir”
  • Millətlər liqası
  • 02:50 08.06.2025
“Bu mövqe onun və komandanın xeyrinədir”
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”
  • Millətlər liqası
  • 23:46 07.06.2025
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”