20 mart 2026. Cümə

Millətlər Liqasında Dördlər finalı'nın püşk atma tarixi bilindi


Millətlər Liqasında Dördlər finalı'nın püşk atma tarixi bilindi
UEFA Millətlər Liqasında "Dördlər finalı"nın püşkatma mərasiminin vaxtı açıqlanıb. Corner.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, tədbir 2023-cü il yanvarın 25-də İsveçrənin Nyon şəhərində keçiriləcək. Püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
 
Püşkdə A Liqasında öz qruplarını ilk pillədə bitirən Xorvatiya, İtaliya, Niderland və İspaniya yığmaları iştirak edəcək.
 
Xatırladaq ki, "Dördlər finalı" gələn il 14-18 iyunda Niderlandın Rotterdam və Ensxede şəhərlərində təşkil olunacaq. İyunun 14-ü və 15-də yarımfinal matçları, 18-də isə final görüşü baş tutacaq.






Millətlər liqası

"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
  • Millətlər liqası
  • 12:10 09.06.2025
"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
Mbappe Fransa millisində 50-ci qolunu vurub
  • Millətlər liqası
  • 18:11 08.06.2025
Mbappe Fransa millisində 50-ci qolunu vurub
 “Bu mövqe onun və komandanın xeyrinədir”
  • Millətlər liqası
  • 02:50 08.06.2025
“Bu mövqe onun və komandanın xeyrinədir”