14 noyabr 2026. Şənbə

Millətlər liqasının qalibi müəyyənləşdi


Millətlər liqasının qalibi müəyyənləşdi

UEFA Millətlər Liqasının qalibi müəyyənləşib. 

Corner.az xəbər verir ki, "dördlər finalı"nın həlledici matçında A divizionunun qrup qalibləri - Portuqaliya və Hollandiya milliləri qarşılaşıblar. Görüş Portuqaliyanın minimal hesablı qələbəsi ilə yekunlaşıb. Turnirin qalibi olan Portuqaliya seçməsi eyni zamanda gələn il keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Bu matçdan əvvəl - saat 17:00-da isə üçüncülük uğrunda İsveçrə - İngiltərə oyunu keçirilib. Əsas və əlavə vaxtı qolsuz başa çatan matçın penaltilər seriyasında daha dəqiq oynayan ingilislər turnirin bürünc medalını qazanıblar.

Qeyd edək ki, hər dörd komanda A divizionunda qrup qalibi olub.

9 iyun

UEFA Millətlər Liqası

Final

Portuqaliya - Hollandiya - 1:0
Qol:
 Q. Qedeş, 60

3-cü yer uğrunda görüş

İsveçrə - İngiltərə - 0:0 (Penaltilər seriyasında - 5:6)







Millətlər liqası

Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
  • Millətlər liqası
  • 02:11 14.11.2026
Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
Andorra millisi Cəbəllütariqi məğlub edib
  • Millətlər liqası
  • 02:05 14.11.2026
Andorra millisi Cəbəllütariqi məğlub edib