14 noyabr 2026. Şənbə

"Dördlər finalı"nın bombardiri - Ronaldo


"Dördlər finalı"nın bombardiri - Ronaldo
Millətlər Liqasının A divizionunun qrup qalibləri arasında keçirilən "Dördlər finalı"nın ən sərrast oyunçusu müəyyənləşib.

Corner.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo turnirin bombardiri adına layiq görülüb. Finalda fərqlənə bilməsə də, İsveçrə ilə yarımfinal matçında (3:1) het-trik edən 34 yaşlı hücumçu bütün rəqiblərini qabaqlayıb.

Qeyd edək ki, finalda Hollandiyanı 1:0 hesabı ilə məğlub edən Portuqaliya ilk dəfə təşkil olunan Millətlər Liqasının qalibi olub.





Millətlər liqası

Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
  • Millətlər liqası
  • 02:11 14.11.2026
Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
Andorra millisi Cəbəllütariqi məğlub edib
  • Millətlər liqası
  • 02:05 14.11.2026
Andorra millisi Cəbəllütariqi məğlub edib