Millətlər Liqasının 2022-23 mövsümündə futbolçuları millilərdə çıxış etmiş klublar üçün UEFA tərəfindən vəsait ayrılıb. Corner.az xəbər verir ki, qitə futbol qurumu həmin vəsaiti AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların bank hesabına köçürüb.
Oyunçularının yığmadakı iştirakına görə ən çox qazanc əldə edən klub “Qarabağ”dı. Ağdam klubu 215 min 881 avro gəlir götürüb. “Neftçi” 73 min 180, “Sabah” 51 min 226 avro ilə digər yerlərdə qərarlaşıb.
O ki qaldı digər elita təmsilçilərinə, milliyə oyunçu verdiyi üçün “Zirə” 43 min 908, “Sumqayıt” 40 min 249, “Qəbələ” 18 min 295, “Şamaxı” 10 min 977, “Səbail” isə 7318 avro qazanc götürüb.