Milli komandalarda ən çox oyun keçirən futbolçuların adları açıqlanıb.
Corner.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda 130 və daha çox görüşdə iştirak edən 44 oyunçu yer alıb
Milli komandalarda ən çox oyun keçirən futbolçuların adları açıqlanıb. Matc.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda 130 və daha çox görüşdə iştirak edən 44 oyunçu yer alıb.
Cədvələ Kriştiano Ronaldo başçılıq edir. Hələ də Portuqaliya millisinə çağırılan superulduz 198 qarşılaşmada meydana çıxıb. İlk “üçlük”də qərarlaşan digər oyunçular Serxio Ramos və Canluici Buffon yığma karyerasını bitiriblər.
İlk “20-lik”də yer alanlardan yalnız Ronaldo, Luka Modriç, Konstantin Vassilyev və Yan Vertongen millidəki çıxışını davam etdirirlər.
Azərbaycan millisinin rekordçusu Rəşad Sadıqovdu. Hazırda “Zirə”nin baş məşqçisi olan mütəxəssis yığmada 111 oyun keçirib.
1. Kriştiano Ronaldo (Portuqaliya) – 198 oyun
2. Serxio Ramos (İspaniya) – 180
3. Canluici Buffon (İtaliya) – 176
4-5. Vitali Astafyev (Latviya) – 167
İker Kasilyas (İspaniya) – 167
6. Luka Modriç (Xorvatiya) – 164
7. Martin Reim (Estoniya) – 157
8-9. Lotar Matteus (Almaniya) – 150
Konstantin Vassilyev (Estoniya) – 150
10. Anders Svensson (İsveç) – 148
11. Yan Vertongen (Belçika) – 147
12-13. Robbi Kin (İrlandiya) – 146
Joao Moutinyo (Portuqaliya) – 146
14. Uqo Lyoris (Fransa) – 145
15. Anatoli Timoşuk (Ukrayna) – 144
16-18. Marko Kristal (Estoniya) – 143
Tomas Ravelli (İsveç) – 143
Serxio Buskets (İspaniya) – 143
19-20. Mixael Mifsud (Malta) – 142
Lilian Türam (Fransa) – 142
XƏBƏRİ PAYLAŞ