15 yanvar 2025. Çərşənbə

"Azərbaycanı Millətlər Liqasında yaxşı təmsil etməyə çalışacağıq"


"Azərbaycanı Millətlər Liqasında yaxşı təmsil etməyə çalışacağıq"

"Əzmkar və mübariz komanda qurub, rəqiblərimizin qarşısına çıxacaq, Azərbaycanın uğurları naminə çalışacağıq".

90deqiqe.Az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında İsveç və Slovakiya yığmaları ilə keçiriləcək oyunlardan öncə təşkil olunmuş mətbuat konfransında deyib.

Portuqaliyalı mütəxəssis heyət seçimindən və hazırlıqlardan danışıb: "O, hazırda zədəlidir. 50 nəfərin olduğu siyahıdan seçim etmək məcburiyyətində idim. İndiki durumda yalnız 24 nəfəri heyətə cəlb edə bildim. Amma bu o demək deyil ki, digərləri növbəti oyunlarda meydana çıxa bilməyəcəklər. Mahirlə yanaşı, bir neçə futbolçunu da eyni səbəbdən milli komandaya çağırmadım. Fikrimcə, onların yoxluğu komandamızın oyununa mənfi təsir göstərməyəcək".

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda İsveçlə, ayın 8-də isə Koşitsedə Slovakiya ilə üz-üzə gələcək.







Millətlər liqası

Çerçesov Qazaxıstan millisindən ayrılır?
  • Millətlər liqası
  • 19:43 07.12.2024
Çerçesov Qazaxıstan millisindən ayrılır?
"Hələ fəth edəcəyim çox şey var!"  - Ronaldo
  • Millətlər liqası
  • 22:29 12.11.2024
"Hələ fəth edəcəyim çox şey var!" - Ronaldo
Odeqard Norveç millisindən ayrılıb
  • Millətlər liqası
  • 15:34 12.11.2024
Odeqard Norveç millisindən ayrılıb