30 sentyabr 2026. Çərşənbə

Millətlər Liqası: Azərbaycan–İsveç oyununun hakim təyinatları açıqlanıb


Millətlər Liqası: Azərbaycan–İsveç oyununun hakim təyinatları açıqlanıb

Azərbaycan millisinin İsveç yığması ilə Bakıda keçirəcəyi UEFA Millətlər Liqasının I tur oyununun hakim təyinatları açıqlanıb.

90deqiqe.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Balaş Berkeydir. Ona Vensel Tot və Balaş Szert kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Ksaba Pinter yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan seçməsi C liqasının I qrupu çərçivəsində sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda İsveçlə, sentyabrın 8-də isə Koşitse Futbol Arenasında Slovakiya ilə qarşılaşacaq. Hər iki oyun eyni vaxtda – saat 20:00-da başlayacaq.







Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol