30 sentyabr 2026. Çərşənbə

Palmer İngiltərə yığmasını tərk etdi


Palmer İngiltərə yığmasını tərk etdi

"Çelsi"nin yarımmüdafiəçisi Koul Palmer İngiltərə millisinin sentyabr matçlarında oynamayacaq.

90deqiqe.Az-ın "Üç Aslan"ın mətbuat xidmətinə istinadən məlumatına görə, 22 yaşlı futbolçu millinin düşərgəsini tərk edib və beynəlxalq fasilənin qalan hissəsini "Çelsi"də keçirəcək.

Bu qərar "mavi-qaralar"ın futbolçusunun hazırkı sağlamlıq vəziyyətini qiymətləndirdikdən sonra verilib - ona istirahət vermək qərarına gəliblər.

Koul Palmer İngiltərə yığmasında 9 oyunda iki qol və bir məhsuldar ötürmə ilə çıxış edib. "Çelsi"nin hücumameyilli yarımmüdafiəçisi ingilislərin İspaniyaya uduzduqları Avro-2024 finalında yeganə qolu vurub. İngiltərə yığması Millətlər Liqasında İrlandiya (7 sentyabr) və Finlandiya (10 sentyabr) komandaları ilə qarşılaşacaq.







Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol