30 sentyabr 2026. Çərşənbə

"Rodri,ideal altı nömrəli oyunçudur"


"Rodri,ideal altı nömrəli oyunçudur"

İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente yarımmüdafiəçi Rodri haqda fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, təcrübəli çalışdırı bu barədə UEFA-nın rəsmi saytına açıqlamasında bildirib.

“Rodri planetin ən yaxşı mərkəz yarımmüdafiəçilərindən biridir, ideal altı nömrəli oyunçudur. O, futbolun bütün aspektlərində üstündür: nə vaxt hücum edib, nə vaxt müdafiə olunacağını mükəmməl başa düşür, heç vaxt eqoist deyil, komanda yoldaşlarına kömək etməyə həmişə hazırdır, eyni zamanda meydanda çalışqan və əla təşkilatçıdır. Bu, əsl təbii istedaddır. Amma ən çox onun əsas keyfiyyətini - təvazökarlığını vurğulamaq istəyirəm. Məhz bunun sayəsində o, hər zaman öyrənməyə açıqdır və məşqçilər korpusunun məsləhətlərinə diqqətlə qulaq asır. Bu keyfiyyət ona nəinki bir oyunçu kimi böyüməyə, həm də daim təkmilləşməyə kömək edir”







Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol