- Millətlər liqası
- 22:17 23.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Argentinalı hücumçu Paulo Dibala milli komandaya qayıtması ilə açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, o, millinin mətbuat xidmətinə bildirib ki, milliyə qayıtdığı üçün şaddır. Forvard 2026-cı il dünya çempionatının seçmə mərhələsində çilililəri məğlub etməkdə komanda yoldaşlarına kömək etməkdən şad olduğunu qeyd edib.
“İnanılmaz tarixə malik olan on nömrə ilə meydana çıxmaqdan qürur duyurdum. Amma hamımız bilirik ki, 10 rəqəmi Messiyə məxsusdur”
Xatırladaq ki, Argentina yığması Çili yığmasına 3:0 hesabı ilə inamlı qalib gəlib. Qollardan birini Dibala vurub. Lionel Messi zədə səbəbindən milliyə çağırılmayıb.