5 dekabr 2025. Cümə

Berqveyn Kumanın rəhbərliyi altında oynamaqdan imtina etdi


Berqveyn Kumanın rəhbərliyi altında oynamaqdan imtina etdi

Niderland millisinin yarımmüdafiəçisi Stiven Berqveyn millinin baş məşqçisi Ronald Kumanın tənqidlərinə sərt reaksiya verib.

90deqiqe.Az xəbər verir ki, "De Telegraaf" 26 yaşlı oyunçunun dediklərini belə çatdırıb:

 “Onun rəhbərliyi altında oynamağa davam etmək istəmirəm. Haqqımda açıq şəkildə belə danışan heç kimlə əməkdaşlıq etməyəcəyəm. Mənə zəng edib arqumentlərimi dinləyə bilərsiniz. Mənimlə danışmadan necə belə bəyanatlar verə bildiniz?”

Xatırladaq ki, Kuman Berqveyn Səudiyyə Ərəbistanında davam etmək qərarına mənfi münasibət bildirərək, oyunçunun idmandan çox pul seçdiyini söyləmişdi.

Sentyabrın 3-də 26 yaşlı Berqveynin keçmiş klubu “Ayaks” futbolçunu “Əl-İttihad”a satdığını açıqlayıb

Niderland millisinin heyətində Stiven Berqveyn 35 oyun keçirib və 8 qol vurub.

 







Millətlər liqası

"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
  • Millətlər liqası
  • 12:10 09.06.2025
"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
Mbappe Fransa millisində 50-ci qolunu vurub
  • Millətlər liqası
  • 18:11 08.06.2025
Mbappe Fransa millisində 50-ci qolunu vurub
 “Bu mövqe onun və komandanın xeyrinədir”
  • Millətlər liqası
  • 02:50 08.06.2025
“Bu mövqe onun və komandanın xeyrinədir”
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”
  • Millətlər liqası
  • 23:46 07.06.2025
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”