- Millətlər liqası
- 15:57 22.11.2024
İtaliya millisinin qapıçısı Canluici Donnarumma Millətlər Liqasında fransızlarla matçda 14-cü saniyədə buraxılan qoldan danışıb.
90deqiqe.Az-ın məlumatına görə, Donnarumma hələ matçın başlamasına hazır olmadığını və əlcəklərini düzgün geyinməyə vaxtının olmadığını bildirib.
“Digər tərəfdən, topa sahib idik. Çox ağıllı davranmadıq. Onu oyuna daxil etməzdən əvvəl qısa fasilə vermək lazım idi”, - Donnarumma əlavə edib.
Xatırladaq ki, Bredli Barkola 14-cü saniyədə qol vursa da, bu, fransızların qələbə qazanmasına kömək etməyib. İtaliya komandası geri dönüş edib və yekunda 3:1 hesabı ilə qalib gəlib.