- Millətlər liqası
- 22:17 23.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti oyunları keçirilib.
90deqiqe.Az xəbər verir ki, bu gün daha 9 oyun baş tutub.
Almaniya yığması evdə Macarıstan üzərində böyük hesablı qələbə qazanıb. Niderlandlılar da evdə Bosniya və Herseqovina yığmasına darmadağınla qalib gəlib. İngiltərə millisi səfərdə İrlandiya üzərində inamlı qələbəyə sevinib.
Ukrayna yığması Albaniyaya məğlub olub. Yunanıstan millisi Finlandiyanı əli bol yola salıb. Moldova yığması evdə Maltanı məğlub edib.
Gürcüstan yığması isə evdə Çexiyanı darmadağınla yola salıb.
UEFA Millətlər Liqası
7 sentyabr
A Liqası, 3-cü qrup
Almaniya – Macarıstan 5:0
Qollar: Füllkruq, 27. Musiala, 58. Virts, 66. Pavloviç, 77. Haverts, 81-pen.
Niderland – Bosniya və Herseqovina 5:2
Qollar: Zirkze, 13. Reynders, 45+2. Qakpo, 56. Veqhorst, 88. X.Simons, 90+2 – Demiroviç, 27. Dzeko, 73.
B Liqası, 1-ci qrup
Gürcüstan – Çexiya 4:1
Qollar: Kvaratsxeliya, 33-pen. Çakvetadze, 53. Mikautadze, 63. Koçoraşvili, 66 – Kalvaç, 80.
Ukrayna – Albaniya 1:2
Qollar: Konoplya, 49 – İsmayli, 54. Asani, 66.
B Liqası, 2-ci qrup
İrlandiya – İngiltərə 0:2
Qollar: Rays, 11. Qriliş, 26.
Yunanıstan – Finlandiya 3:0
Qollar: İoannidis, 24; 76. Kallman, 37-öz qapısına.
C Liqası, 4-cü qrup
Farer adaları – Şimali Makedoniya 1:1
Qollar: Davidsen, 9-pen – Bardi, 49-pen.
Ermənistan – Latviya 4:1
Qollar: Bıçakçıyan, 6. Dubra, 35-öz qapısına. Zelarayan, 48. Spertsyan, 86 – Harutunyan, 9-öz qapısına.
D Liqası, 2-ci qrup
Moldova – Malta 2:0
Qollar: Kaymakov, 32. Nikolaesku, 45+5-pen.