- Millətlər liqası
- 15:57 22.11.2024
İngiltərə millisinin yarımmüdafiəçisi Deklan Rays UEFA Millətlər Liqasının 1-ci turunun son oyununda İrlandiya millisinin qapısına vurduğu qolu niyə qeyd etmədiyini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, “Sky Sports” 25 yaşlı oyunçunun dediklərini belə çatdırıb:
“Əgər qeyd etsəydim, bu mənə qarşı çox hörmətsizlik olardı. Mənim babam və nənəm və atamın ailəsinin bütün üzvləri irlandlıdır və onlar təəssüf ki, dünyasını dəyişiblər. Onlar artıq burada deyillər. Düzünü desəm, bunu etmək istəməzdim.
İrlandiya üçün, hətta əsas komandada və U19, U21-də oynayanda çox gözəl vaxt keçirdim. Bunlar mənimlə yaşayan gözəl xatirələr idi. Deməli, düzünü desəm, bir dənə də olsun pis sözüm yoxdur. Onlara ən yaxşısını arzulayıram”
Görüş 2:0 hesabı ilə ingilislərin xeyrinə başa çatıb.