14 dekabr 2025. Bazar günü

“Hər zaman “İnter”də qalacağam demişəm”


“Hər zaman “İnter”də qalacağam demişəm”

Türkiyə millisinin Millətlər Liqasında İslandiya millisi üzərində qazandığı qələbədən (3:1) sonra "İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu yayda adı ətrafında dolaşan transfer iddiaları ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, "fcinternews.it" Çalhanoğlunun dediklərini belə çatdırıb:

"Son aylarda müxtəlif klublardan təkliflər almışam. Amma həmişə demişəm ki, “İnter”də qalacağam. Hər halda, “İnter” məni heç yerə buraxmazdı. Buna görə də öz-özümə dedim ki, bu, mənim nəzarətimdən kənardadır və mümkün olan ən yüksək səviyyədə oynamağa davam edirəm. Milli komandaya gəlincə, bunun üçün 100 oyun keçirmək istəyirəm! Bu, mənim həmişə arzum olub”

Xatırladaq ki, bu yay şayiələr türk yarımmüdafiəçini Çalhanoğluna 4 illik müqavilə və maaş artımı təklif etməyə hazır olan "Bavariya"ya keçidlə əlaqələndirmişdi. Türkün imtinasından sonra alman top klubu meydanın ortasını “Fulhem”in portuqaliyalı yarımmüdafiəçisi Joao Palinha ilə gücləndirib.







Millətlər liqası

"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
  • Millətlər liqası
  • 12:10 09.06.2025
"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
Mbappe Fransa millisində 50-ci qolunu vurub
  • Millətlər liqası
  • 18:11 08.06.2025
Mbappe Fransa millisində 50-ci qolunu vurub
 “Bu mövqe onun və komandanın xeyrinədir”
  • Millətlər liqası
  • 02:50 08.06.2025
“Bu mövqe onun və komandanın xeyrinədir”
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”
  • Millətlər liqası
  • 23:46 07.06.2025
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”