30 sentyabr 2026. Çərşənbə

"Arsenal"da ciddi itki


"Arsenal"da ciddi itki

"Arsenal"ın və Norveç millisinin yarımmüdafiəçisi Martin Odeqaard zədəsinin durumu bəlli olub.

90deqiqe.Az xəbər verir ki, bu barədə "VG"yə millinin həkimi Ola Sand məlumat verib.

Odeqaard Londona tibbi müayinədən keçmək üçün gedib və zədə səbəbindən təxminən üç həftə yaşıl meydanlardan uzaq qala bilər. Sınıq diaqnozu qoyularsa, bərpa ən azı altı həftə çəkəcəkdir.

25 yaşlı futbolçu sentyabrın 9-da Millətlər Liqasının Avstriya ilə ev oyununda (2:1) topuq biləyindən aldığı zədə səbəbindən matçın 67-ci dəqiqəsində meydanı tərk edib.

"Arsenal"ın Premyer Liqada sentyabrdakı rəqibləri arasında "Tottenhem" (15 sentyabr) və "Mançester Siti" (22 sentyabr) var. Çempionlar Liqasında London klubu sentyabrın 19-da səfərdə Avropa Liqasının hazırkı qalibi “Atalanta” ilə qarşılaşacaq.







Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol