30 sentyabr 2026. Çərşənbə

Haaland Norveç milli komandasının tarixinin bombardiri olub


Haaland Norveç milli komandasının tarixinin bombardiri olub

Norveç millisi Millətlər Liqasında Sloveniya ilə matçda inamlı qələbə qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, sözügedən matçda "Mançester Siti"nin ulduzu hücumçu Erlinq Haaland dubl edib və Norveç millisinin vurduğu qolların sayına görə yeni rekordçusu olub.

Ulduz forvard millinin heyətində 36 oyunda 34 qol vurub. Qeyd edək ki, bundan əvvəl rekord Norveç millisinin heyətində 45 oyunda 33 qol vuran Jergen Juveyə məxsus idi.

Norveçlilər sloveniyalıları 3:0 hesabı ilə məğlub ediblər.

Xatırladaq ki, Norveç yığması hazırda Millətlər Liqasında öz qrupunda turnir cədvəlində birinci yerdədir. Üç görüşdə norveçlilər yeddi xal toplaya bilib.







Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol