- Millətlər liqası
- 20:27 28.11.2024
Rusiyalı mütəxəssis Yuri Syomin Gürcüstan yığmasının Millətlər Liqasındakı iki oyunundan danışıb.
90deqiqe.Az "Championat.ru"ya istinadən xəbər verir ki, 77 yaşlı çalışdırıcı Gürcüstan seçməsinin Albaniya və Ukraynaya qarşı qarşılaşmalarda məğlub olmalarına rəğmən (hər iki matçda gürcülər 0:1 hesabı ilə uduzub), oyun planında üstün olduğunu bildirib:
"Gürcüstan yığması Millətlər Liqasındakı son iki oyunda yaxşı çıxış etdilər. Mən onların hər iki matçlarına baxdım.Gürcülər rəqib qapısına qədər hər şey gözəl alınırdı, yalnız son nöqtəni qoya bilmirdilər. Albaniya ilə görüşdə gürcülər meydanda böyük üstünlüyə malikdilər, bircə qol çatmadı. Oyunçuların arzuları böyükdür, onlar texnikalıdırlar. Gürcülər həmişə gözəl oyun sərgiləyib, çox vaxt da effektsiz olublar. Buna baxmayaraq, Gürcüstan millisi mənim xoşuma gəlir. Düşünürəm ki, onlar eynən Avropa Çempionatındakı kimi böyük entuziazmla oyun sərgiləyirlər, sadəcə hələlik qol yoxdur. Yəgin qarşıdakı oyunlarda qollar gələcək, məsələ bunu reallaşdırmaqdadır".
Xatırladaq ki, Yuri Syomin 2013-14-cü illərdə "Qəbələ"nin sükanı arxasında da olub.