- Millətlər liqası
- 14:21 31.10.2024
İtaliya millisinin baş məşqçisi Luçano Spalletti İsrail seçməsinin beynəlxalq futbol yarışlarından kənarlaşdırılmasına çağırış edib.
90deqiqe.Az “Championat.ru”ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis İsrailin Fələstində apardığı qanlı müharibəyə görə onun yığma komandasının futbol turnirlərindən diskvalifikasiya edilməməsini ədalətsizlik hesab edib.
“Rusiya Ukraynada müharibə apardığına görə beynəlxalq futbol yarışlarından uzaqlaşdırıldı. Amma fələstinlilərə qarşı soyqrım etməkdə olan İsrailə qarşı həmin addım atılmadı. FİFA ilə UEFA Rusiyaya tətbiq etdiyi qadağanı İsrail üçün niyə həyata keçirmir? Bunun nəticəsində biz mülki insanları qətl edən bir dövlətin yığmasına qarşı oynamalı oluruq”.
Xatırladaq ki, Millətlər Liqasının 4-cü turundə İtaliya millisi doğma meydanda İsraili 4:1 məğlub edib.