- Millətlər liqası
- 01:39 15.11.2024
İngiltərə Futbol Assosiyasiyasının baş direktoru Mark Bullinqem Tomas Tuxelin İngiltərə millisinin sükanı arxasına keçidindən danışıb.
90deqiqe.Az xəbər verir ki, İngiltərənin futbol qurumunun rəsmisi almaniyalı mütəxəssisin təyinatından son dərəcə sevincli olduğunu bildirib.
“Qaretin Sautqeytin gedişindən sonra vakant qalmış baş məşqşi postuna namizədlərin siyahısını nəzərdən keçirdik, onların bir neçəsiylə görüşdük və bəlli kriteriyalara görə dəyərləndirmələr apardıq. Tomas Tuxel zəngin təcrübəsi və məqsədyönlülüyünə görə digərlərindən fərqləndiyi üçün məndə böyük təəssürat oyatdı. Tomas Tuxeli İngiltərənin baş məşqçisi postuna irəli çəkdiyimizə görə şadıq. Dünyanın ən yaxşı məşqçilərindən biriylə razılığa gəldiyimizə sevinirəm. Almaniyalı mütəxəssisin köməkçisi beynəlxalq təcrübəyə sahib, istedadlı məşqçilərimizdən sayılan Entoni Barri olacaq. Biz inanırıq ki, Tomas Tuxel və onun komandası 2026-cı ildə Dünya Çempionatının qalibi olmaq üçün əlindən gələni edəcək”.
Xatırladaq ki, Tomas Tuxel 2025-ci ilin yanvarından vəzifəsinin icrasına başlayacaq.