30 sentyabr 2026. Çərşənbə

Türkiyə yığmasının pley-off oyunlarındakı rəqibi bilindi


Türkiyə yığmasının pley-off oyunlarındakı rəqibi bilindi

Türkiyə yığmasının UEFA Millətlər Liqasındakı rəqibi bəlli olub.

90deqiqe.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə “Ay-ulduzlular” A Liqasına vəsiqə uğrunda görüşdə Macarıstan seçməsi ilə qarşılaşacaq. 

Bundan əlavə  Ukrayna Belçikaya, Avstriya Serbiyaya, Yunanıstan Şotlandiyaya (A/B Liqası) rəqib olub.

Digər pley-off matçlarında Kosovo İslandiyaya, Bolqarıstan İrlandiyayla, Ermənistan Gürcüstanla, Slovakiya Sloveniyayla (B/C Liqası), Cəbəllütariq Latviyayla, Malta isə Lüksemburqla (C/D Liqası) üz-üzə gələcək.

A Liqasında 1/4 final mərhələsində Niderland İspaniyanı, Xorvatiya Fransanı, Danimarka Portuqaliyanı, İtaliya isə Almaniyanı sınağa çəkəcək. İtaliya-Almaniya cütünün qalibi yarımfinalda Niderland-İspaniya matçının güclüsü ilə qarşılaşacaq. Yarımfinalın digər matçı isə Danimarka-Portuqaliya və Xorvatiya-Fransa duelinin qalibləri arasında reallaşacaq.

Qeyd edək ki, matçlar 2025-ci il martın 20-23-də ev-səfər prinsipi ilə keçiriləcək.

 







Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol