5 dekabr 2025. Cümə

Dumfries millinin heyətindən çıxarıldı


Dumfries millinin heyətindən çıxarıldı

Niderland Kral Futbol Assosiasiyası, müdafiəçi Denzel Dumfriesin milli komandanın martdakı təlim-məşq toplanışı üçün heyətindən kənarlaşdırıldığını açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, buna səbəb "İnter"də çıxış edən 28 yaşlı futbolçunun, İtaliya çempionatında "Atalanta" ilə matçda zədələnməsi olub.

Testlər nəticəsində niderlandlının qarşıdakı iki oyunda milli komandasına kömək edə bilməyəcəyi müəyyən edilib.

"Narıncılar" İspaniyaya qarşı iki Millətlər Liqasının dörddəbir finalında qarşılaşacaq – 20 martda evdə və 23 martda səfərdə.

Xatırladaq ki, bazar günü "İnter" "Atalanta"ya 2:0 hesabı ilə qalib gələrək, İtaliya çempionatının turnir cədvəlində liderliyini möhkəmləndirib.







Millətlər liqası

"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
  • Millətlər liqası
  • 12:10 09.06.2025
"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
Mbappe Fransa millisində 50-ci qolunu vurub
  • Millətlər liqası
  • 18:11 08.06.2025
Mbappe Fransa millisində 50-ci qolunu vurub
 “Bu mövqe onun və komandanın xeyrinədir”
  • Millətlər liqası
  • 02:50 08.06.2025
“Bu mövqe onun və komandanın xeyrinədir”
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”
  • Millətlər liqası
  • 23:46 07.06.2025
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”