30 sentyabr 2026. Çərşənbə

"Yamalın davranışı narahatlıq yaratmağa başlayır"


"Yamalın davranışı narahatlıq yaratmağa başlayır"

Niderland millisinin sabiq futbolçusu Rafael van der Vart "Barselona"nın və İspaniya millisinin 17 yaşlı cinah oyunçusu Lamine Yamal haqda fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Diario Sport" sabiq futbolçunun dediklərini belə çatdırıb. 

“Mən Yamalın davranışında narahatlıq doğuran şeyləri görməyə başladım. Son matçda maksimum səy göstərmədi, jestləri biganəliyi ifadə etdi. Sonra düşündüm: “Bu qədər gənc olanda İspaniya millisi ilə keçirdiyin hər dəqiqədən həzz almalısan. Nə qədər yaxşı olduğunuzun əhəmiyyəti yoxdur. Bu yaşda hər matçın hər dəqiqəsində özünü sübut etməlisən”

Qeyd edək ki, Niderland - İspaniya matçı 3:3 hesabıyla başa çatıb. Penalti seriyalarında niderlandlılar dəqiq olub. Yamal həmin görüşdə komandasının üçüncü qolunu vurub.







Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol