5 dekabr 2025. Cümə

"Azərbaycana qalib gələcəyimizə inanırıq" - Lars Olsen


"Azərbaycana qalib gələcəyimizə inanırıq" - Lars Olsen

"Yaxşı məşq etmişik. Zədəli futbolçumuz yoxdur. Sabahkı oyunu səbrsizliklə gözləyirik. Azərbaycanla ilk oyunda 0:3 hesabı ilə uduzduq. Həmin oyunda kKobud səhvlərə yol verdik və rəqib bizi cəzalandırdı. Azərbaycan yaxşı komandadır. Lakin qalib gələcəyimizə inanırıq".

Corner.az-ın qol.az-a istinadən məlumatına görə, bu sözləri Farer adaları millisinin baş məşqçisi Lars Olsen UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda sabah Azərbaycanla keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

- Azərbaycana oyuna 4 gün qalmış gəlməyiniz nə ilə bağlıdır?

- Hava şəraiti Farer adaları ilə eynidir. Tez gəlməyimiz bura uyğunlaşmaq üçündür. İlk matçda uduzsaq da,  bərabər oyun getdi. Bu dəfə də elə olacaq.
 
- Mətbuatda start heyətini açıqladığınız yazılmışdı. Hansısa dəyişiklik olacaq?

- Mən heç bir 11-lik elan etməmişəm. Ola bilər ki, bu, hansısa media nümayəndəsinin təxəyülünün məhsuludur. 

- Komandanın kapitanı aqressiv görünürdü. Oyunçularınızın qırmızı vərəqə almasından ehtiyatlanmırsınız?

- Elə deməzdim. Onlar çox sakitdir. Emosianallıq hamımızda eyni formadadır.

- Azərbaycanla ilk oyunun mətbuat konfransına gəlməmişdiniz. Sabah da məğlub olsanız, eyni addımı ata bilərsiniz?

- Xeyr, bu, baş verməyəcək. Burda olmağımı istəyirsinizsə, nəticədən asılı olmayaraq, konfransa qatılacam.







Millətlər liqası

"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
  • Millətlər liqası
  • 12:10 09.06.2025
"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
Mbappe Fransa millisində 50-ci qolunu vurub
  • Millətlər liqası
  • 18:11 08.06.2025
Mbappe Fransa millisində 50-ci qolunu vurub
 “Bu mövqe onun və komandanın xeyrinədir”
  • Millətlər liqası
  • 02:50 08.06.2025
“Bu mövqe onun və komandanın xeyrinədir”
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”
  • Millətlər liqası
  • 23:46 07.06.2025
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”